Pezeşkianın Azərbaycana səfər TARİXİ


İran Prezidenti Məsud Pezeşkianin Azərbaycana nə vaxt səfər edəcəyi məlum olub.

Turkustan.az İran KİV-ə istinadən xəbər verir ki, o, aprelin 28-də Bakıya gələcək.

Məlumatı İranın Ticarət-Sənaye Palatasının sədr müavini Hüseyn Pirmoazzi açıqlayıb.

Onun sözlərinə görə, Pezeşkianin səfərindən əvvəl Bakıya İrandan 110 özəl sektor nümayəndəsi və sahibkardan ibarət qrup yola düşəcək.

Xatırladaq ki, martın 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub.

Telefon danışığı zamanı Pezeşkian Azərbaycan Respublikasına qarşıdakı səfəri barədə də danışıb. “Ümid edirəm ki, bu səfər zamanı iki qonşu xalq arasında münasibətlərin, eləcə də dostluq və qardaşlığın inkişafı və möhkəmləndirilməsinə yönəlmiş səmərəli və uğurlu məsləhətləşmələr apara bilərik”, - Pezeşkian qeyd edib./modern.az


MANŞET XƏBƏRLƏRİ