Azərbaycanda qeyri-adi tapıntı: çaya basdırıblarmış - VİDEO


Masallıda XIX əsrə aid 9 kitab tapılıb.

Turkustan.az Baku Tv-yə istinadən xəbər verir ki, rayon sakini Rauf Cəbiyev kitabları Çaykeş çayından tapdığını bildirir.

"Bir tanışım sözügedən çayda 3 kisə kitabın olduğunu söylədi. İntensiv yağışlar səbəbindən çayda sel olduğuna görə yalnız bir kisəni tapdım", - o deyib.

R.Cəbiyevin sözlərinə görə, yerli din xadimləri bu kitabların dini ədəbiyyat olduğu qənaətinə gəliblər:

"Kitabların üz qapağı heyvan dərisindəndir və şikəstə xətti ilə yazılıb. Kitablarda peyğəmbərimizin hədisləri, imamlarımız haqqında məlumatlar və Quranın təfsiri öz əksini tapıb".

R.Cəbiyev kitablardan birinin yandırılmağa çalışdığını, amma yanmadığını söyləyib:

"Kitabın birində yanıq izləri var, lakin o yanmayıb".


MANŞET XƏBƏRLƏRİ