Azərbaycan-Çin yaxınlaşması Trampı qəzəbləndirə bilərmi? - ŞƏRH


Azərbaycan Prezidentinin Çinə səfəri çərçivəsində qarşılıqlı vizasız gediş-gəlişi haqqında Sazişin imzalanması gözlənilir. Bu barədə Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının 10-cu iclasında bildirilib.

Bu, ölkələrimiz arasında təmaslara ciddi təkan verəcək və qarşılıqlı səfərlərin sayını artırmağa xidmət edəcək. Bu onu göstərir ki, Azərbaycan və Çin arasında iqtisadi-ticari əlaqələr də günü-gündən inkişaf etməkdədir.

Lakin məlumdur ki, son günlər ABŞ və Çin arasında gərgin şəkildə tarif müharibəsi yaşanır. ABŞ lideri Donald Tramp da xarici ölkələrdən Çinlə ticarəti məhdudlaşdırmağı tələb etmək niyyətindədir. Belə olan halda Azərbaycan-Çin yaxınlaşması Trampın qəzəbinə səbəb ola bilərmi? Turkustan.az olaraq sualımızı politoloq Oqtay Qasımova ünvanladıq.

Oqtay Qasımov yenidən bələdiyyə üzvü seçildi

Azərbaycanın Çinlə münasibətləri artıq 30 ildir yüksələn xətlə davam edir. Tərəflər arasında artıq bir çox istiqamətlərdə əməkdaşlıq formatları mövcuddur. Ötən il də Azərbaycan Respublikasının prezidenti ilə Çin lideri arasında tərəfdaşlıq memerondumu imzalandı. Bundan başqa 2 ölkə arasında başqa istiqamətlərdə də əməkdaşlıq var. Azərbaycan Çinin "Bir yol, bir kəmər" layihəsini dəstəkləyən ölkələrdəndir. Prezident İlham Əliyevin bu ay ərzində Çinə gözlənilən səfəri var. Bu səfərdə də tərəflər arasında münasibətlərin bundan sonrakı perspektivləri müzakirə olunacaq. Azərbaycanda son dövrlərdə Çin sərmayəsinin həcmi artmaqdadır. Bizim Çinlə münasibətlərimiz başqa ölkələrin maraqlarına toxunmur. Ona görə də düşünürəm ki, ABŞ Azərbaycan-Çin münasibətlərindən narahat deyil. Həm də 2 ölkə arasında ticarət münasibətləri o dərəcədə böyük deyil ki, ABŞ bundan qıcıqlansın. Ümumiyyətlə, Azərbaycan hansısa tərəfdə yer almır, daima öz maraqlarını önə çəkir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ