Ermənistanla Azərbaycan arasında yeni eskalasiya və yeni müharibə olmayacaq, sülh olacaq.
Turkustan.az Armenian News-a istinadla xəbər verir ki, bunu baş nazir Nikol Paşinyan deyib.
O qeyd edib ki, Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü, suverenliyini, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını, güc tətbiqinin və ya güc tətbiqi hədəsinin yolverilməzliyini tanıyıb:
"Üstəlik, bu, təkcə siyasi deyil, həm də hüquqi müstəvidə baş verir, çünki Ermənistan ilə Azərbaycan arasında Sərhədin Demarkasiyası və Təhlükəsizliyi Dövlət Komissiyasının birgə fəaliyyəti haqqında əsasnamə artıq hər iki ölkədə ən yüksək hüquqi qüvvəyə malik olan sənəddir, həm də Almaatı Bəyannaməsinə istinadla.
Bir daha Ermənistanda və Azərbaycanda fəaliyyət göstərən bütün qüvvələri son dərəcə məsuliyyətli olmağa, bu məntiqə birbaşa və ya dolayısı ilə zidd olan bəyanatlar verməməyə, bu məntiqi şübhə altına almamağa çağırır və rəsmi şəkildə bəyan edirəm ki, Ermənistan hökuməti bu məntiqə birbaşa və ya dolayısı ilə zidd olan bəyanatlar və ya hərəkətlər etməyəcək.
Azərbaycan hökumətini də bu məntiqə birbaşa və ya dolayısı ilə zidd olan və ya şübhə altına alan bəyanatlar verməməyə, hərəkətlər etməməyə çağırıram.
Ermənistanla Azərbaycan arasındakı gərginliyi və müharibəni unudun. Biz birlikdə Cənubi Qafqazın tarixində yeni səhifə açmalı və Minsk qrupu strukturlarının ləğvi ilə bağlı ATƏT-də eyni vaxtda sülh sazişi və Ermənistan-Azərbaycan birgə bəyanatını imzalamağa hazırıq”./yenisabah.az