Ermənistanın baş naziri Nikol Paşinyan hesab edir ki, Qarabağ uğrunda hərəkatın davam etdirilməsi erməni dövlətçiliyi üçün məhvedici olacaq.
Turkustan.az xəbər verir ki, bu barədə TASS məlumat verib.
"Çoxları hesab edir ki, erməni dövlətçiliyi deyil, Qarabağ hərəkatı vacibdir. Hakim çoxluq və şəxsən mən bəyan edirik ki, Qarabağ hərəkatını davam etdirmək cəhdi məhvedicidir, çünki o, Ermənistanın dövlətçiliyinə, suverenliyinə və müstəqilliyinə əngəl törətmək üçün alət olub və olacaq", - deyə baş nazir bildirib.
Onun sözlərinə görə, "Qarabağ hərəkatı obyektiv şəkildə tamamlanıb"./oxu.az