Orduxan Bəbirov Baş Prokurorluğun İstintaq İdarəsinə çağırılıb


Xaricdə yaşayan bloger Orduxan Teymurxan (Bəbirov) Baş Prokurorluğun İstintaq İdarəsinə çağırılıb.

Turkustan.az xəbər verir ki, bu barədə İctimai Televiziya məlumat yayıb.

Məlumatda qeyd edilib ki, təqsirləndirilən şəxs Bəbirov Orduxan Teymurxan oğlu şəxsiyyətini təsdiq edən sənədlə birlikdə 16 may 2025-ci il tarixdə, saat 12:00-da Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül yaşayış sahəsi, 21-ci Dağlıq küçəsi, 3105-ci məhəllə ünvanında yerləşən Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsinin inzibati binasına gəlməlidir.

Qeyd edək ki, Orduxan Bəbirov Cinayət Məcəlləsinin 12.1, 34.2, 220.2 və 12.1, 34.2, 281.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunması barədə 07 sentyabr 2020-ci il tarixli qərar qəbul edilib.


MANŞET XƏBƏRLƏRİ