Azərbaycan, Ermənistan və Gürcüstan diplomatlarının görüşü başladı


Tbilisi görüşü Gürcüstan, Azərbaycan və Ermənistan arasında üçtərəfli əməkdaşlığın gələcək inkişafına töhfə verəcək.

Turkustan.az xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyinin (XİN) üç ölkənin XİN başçılarının müavinlərinin görüşü barədə yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, görüşün təşəbbüskarları Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovdur.

“Görüşün məqsədi son nəticədə regionun tərəqqisi, sabitliyi və inkişafına istiqamətlənəcək üçtərəfli əməkdaşlığın daha da praktiki inkişafına töhfə verməkdir. Bugünkü üçtərəfli görüş hər hansı digər mövcud əməkdaşlıq formatı ilə ziddiyyət təşkil etmir və onu əvəz etmir, üç qonşu ölkənin konstruktiv və qarşılıqlı faydalı əməkdaşlığın qurulması üçün əlavə səylərini ifadə edir”, - məlumatda deyilir./teleqraf


MANŞET XƏBƏRLƏRİ