Daha bir vəzifəli şəxs yağış sularında öldü


Sabirabad rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Turkustan.az xəbər verir ki, aprelin 16-sı saat 16 radələrində rayonun Qaragüney kəndindəki “AzOil” yanacaqdoldurma məntəqəsinin əməkdaşını elektrik cərəyanı vuraraq öldürüb. Belə ki, 1991-ci il təvəllüdlü Rusif Barat oğlu Qarayev hidroforu qoşarkən onu elektrik cərəyanı vurub.

Teleqraf.az-ın məlumatına görə, ölən şəxs yanacaqdoldurma məntəqəsinin müdiri imiş. O, məntəqəyə məxsus quyuda olan yağış sularını təmizləmək istəyərkən elektrik cərəyanı vurması nəticəsində ölüb.

Mərhumun 2 azyaşlı övladı var.

Faktla bağlı Sabirabad Rayon Prokurorluğunda araşdırma aparılır. /yenisabah.az/


MANŞET XƏBƏRLƏRİ