2025-ci ilin mart ayında Azərbaycan vətəndaşları Türkiyədə 66 mənzil alıblar.
Turkustan.Az xəbər verir ki, bu barədə məlumatı Türkiyə Statistika Komitəsi yayıb.
Həmin dövrdə Türkiyədə ən çox mənzil alanlar Rusiya vətəndaşları olublar - onlar 275 mənzil əldə ediblər. Siyahının ikinci pilləsində İran (153 mənzil), üçüncü pilləsində isə Ukrayna (124 mənzil) vətəndaşları yer alıblar.
Azərbaycan vətəndaşları bu göstərici üzrə altıncı yerdə qərarlaşıblar.
Ümumilikdə, 2025-ci ilin mart ayında Türkiyədə xarici vətəndaşlara 1 574 mənzil satılıb. /Oxu.Az/