“Xural” internet televiziyasının həbsdə olan rəhbəri Əvəz Zeynallının xəstəliyi ilə bağlı cəzasının qalan hissəsindən azad olunması üçün məhkəməyə müraciət edilib.
Turkustan.az xəbər verir ki, vəsatət Nizami Rayon Məhkəməsində icraata götürülüb.
Vəsatətə hakim Nigar Qədirlinin sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, bir qədər əvvəl Əvəz Zeynallıya xərçəng diaqnozu qoyulması barədə məlumat yayılıb. Bununla bağlı onun vaxtından əvvəl azadlığa buraxılması barədə müraciət olunub.
Cinayət Məcəlləsinin 178.2.1, 311.3.2, 311.3.3, 311.3.4, 32.4, 312.2 və 312-1.1-ci maddələri ilə ittiham olunan Əvəz Zeynallı Bakı Ağlr Cinayətlər Məhkəməsin hökmünə əsasən 9 il müddətinə azadlıqdan məhrum edilib.
Ali Məhkəmə Əvəz Zeynallının şikayətini qismən təmin edərək, cəzanı 2 ay azaldıb. /axar.az/