Paşinyandan delimitasiya ilə bağlı SON DƏQİQƏ açıqlaması


Ermənistan Azərbaycanla sərhədin delimitasiyası prosesinin davam etdirilməsi ilə bağlı yazılı təkliflər təqdim edib.

Turkustan.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan məlumat verib.

“Biz Azərbaycan tərəfinə prosesin davam etdirilməsi ilə bağlı məntiq və konkret istiqamətləri əhatə edən yazılı təkliflər təqdim etmişik. Hazırda onların cavabını gözləyirik”, – deyə Paşinyan bildirib.

Onun sözlərinə görə, təkliflər həm delimitasiya yanaşmalarını, həm də işlərin davam etdirilməsi təklif olunan konkret sahələri əhatə edir. Əvvəlki razılaşmaya əsasən, tərəflər sərhədin şimalından cənuba doğru – Ermənistan, Azərbaycan və Gürcüstan sərhədlərinin qovşağından başlayaraq İranla sərhədə doğru hərəkət etməyi planlaşdırırlar. Ermənistan tərəfi növbəti mərhələnin başlanması üçün uyğun hesab etdiyi sahəni də göstərib./Musavat.com


MANŞET XƏBƏRLƏRİ