Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə görə (73,60 Mbit/s) bu ilin mart ayında 154 ölkə arasında 91-ci yerdə qərarlaşıb.
Turkustan.az "Speedtest Global Index”ə istinadən xəbər verir ki, bir il əvvəlki göstərici (38,32 MB/S) ilə müqayisədə ölkədə sabit genişzolaqlı internetin orta sürəti 92 % artıb.
Bu ilin fevral ayı ilə müqayisədə isə 1 pillə geriləyib.
Sabit genişzolaqlı internetin sürətinə görə ötən mart ayında birinci yeri Sinqapur (357,52 Mbit/s) axırıncı yeri isə Suriya (3,21 Mbit/s) tutub.
Azərbaycan yanvarda mobil internetin sürətinə görə isə 74,11 MB/S sürətlə 102 ölkə arasında 52-ci olub. Qeyd edək ki, fevral ayında Azərbaycan 103 ölkə arasından 55-ci sırada idi.
Mobil internetin sürətinə görə birinci yeri Birləşmiş Ərəb Əmirlikləri(543,29 Mbit/s), sonuncu yeri isə Boliviya (13,09 Mbit/s) tutub. /Valyuta.az/