"Ermənistanla Azərbaycan arasında yeni eskalasiya və hətta yeni müharibəni proqnozlaşdıran bütün söhbətlərə cavab vermək istəyirəm. Müharibə üçün heç bir əsas yoxdur".
Bu açıqlamanı bu gün Ermənistan baş naziri Nikol Paşinyan verib. Əlavə edib ki, Ermənistan və Azərbaycan xalqları sülhə və dinc yanaşı yaşamağa layiqdirlər. Müharibə olmayacaq, sülh olacaq.
Lakin Ermənistan tərəfində çox zaman deyilən söz başqa, əməl başqa olur. Tez-tez Ermənistan tərəfinin atəşkəsi pozması, silahları cəbhəyə yerləşdirməsi, müharibəyə ciddi hazırlaşması da buna sübutdur.
Belə görünür ki, ya Nikol öz açıqlamaları ilə ikili oyun oynayır, ya da Ermənistan ordusuna nəzarət edə bilmir. Turkustan.az olaraq mövzu ilə bağlı suallarımızı siyasi şərhçi Məhəmməd Əsədullazadəyə ünvanladıq.
Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin mətnləri demək olar ki, razılaşdırılıb, amma Ermənistan tərəfi konstusiyanı dəyişməlidir, Minsk qrupunu buraxmalıdır. Lakin biz görürük ki, Ermənistan tərəfi atəşkəsi mütəmadi olaraq pozur, Naxçıvan istiqamətində hərbi hərəkətliyiyi artırır. Lakin bu gün Ermənistanın baş naziri Nikol Paşinyan dedi ki, Azərbaycanla Ermənistan arasında müharibə etməyə hər hansısa bir səbəb yoxdur. Həm də əlavə etdi ki, 2 seçim var, ya sülh ya, müharibə. Burada Ermənistan kiməsə mesaj göndərdi. Belə görünür ki, Ermənistan baş naziri daha çox sülh açıqlamaları verir, həmçinin bildirdi ki, biz Müdafiə Nazirliyinə də tapşırmışıq ki, atəşkəs pozulmasın.
Belə görünür ki, atəşkəsin pozulması ordunun daxilində müəyyən hərbi təşkilatların bir oyunudur. Ermənistan ordusunda demək olar ki, 50 yaş üstü çağırışçılar var və onlar intizamsızlıq göstərir. Bir növ Ermənistan baş naziri orduya tam nəzarət edə bilmir. Azərbaycan qəti sürətdə atəşkəsi pozmaqda maraqlı deyil. Çünki, Azərbaycan ərazi bütövlüyünü və suverenliyini təmin edib. Təbii ki, Ermənistan tərəfi müstəqil siyasi iradəyə malik ölkə deyil, Fransanın təhriki ilə istənilən vaxt hərbi təxribatlara əl ata bilər. Lakin indiki, müstəvidə əgər Ermənistan tərəfi atəşkəsi pozub təxribatlar törətsə, əlbəttə bu Ermənistanın növbəti daha biabırçı kapitulasiyasına gətirib çıxara bilər, daha çox ərazi itkilərinə məruz qala bilər. Təbii ki, Azərbaycan tərəfi prosseslərə, döyüş şəraitinə nəzarət edir. Əgər Ermənistan ciddi şəkildə təxribatlara hazırlaşsa, ölkəmiz lazımı addımlar atacaq. Düşünürəm ki, yaxın prespektivdə müharibə gözlənilmir.
Aytən Yaşar/ Turkustan.az