Məhkəməyə ərizə verildi: Əvəz Zeynallı azad edilir?


"Əvəz Zeynallının xəstəliyi ilə əlaqədar cəzadan azad edilməsi barədə ərizəni həmkarım Fəxrəddin Mehdiyevlə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə təqdim etmişik".

Turkustan.az xəbər verir ki, bunu jurnalist Əvəz Zeynallının vəkili Rəşad Vaqifoğlu sosial şəbəkə hesabında qeyd edib.

O qeyd edib ki, Cinayət Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, cəzanın çəkilməsinə mane olan sair ağır xəstəliyə düçar olmuş şəxs məhkəmənin qərarı ilə cəza çəkməkdən azad edilə bilər:

“Həmçinin "Məhkumların xəstəliyə görə cəza çəkməkdən azad edilmələri üçün əsas olan xəstəliklərin Siyahısı"na "Beynəlxalq TNM klassifikasiyasına görə bütün bədxassəli şişlər" də aiddir.

Ümid edirəm ki, məhkəmə qanunvericiliyin tələblərini, müvafiq tibbi rəy və sənədləri nəzərə alaraq, ərizənin təmin edilməsi barədə qərar qəbul edər”.

Qeyd edək ki, Əvəz Zeynallıya xərçəng diaqnozu qoyulub. /Yenisabah.az/


MANŞET XƏBƏRLƏRİ