Kəlbəcərdə həlak olan gizir bir il əvvəl gənc oğlunu itirmişdi - Özü də şəhid qızı imiş


Kəlbəcər rayonunda baş vermiş qəzada həlak olan "N" saylı hərbi hissənin giziri İlahə Şahverdiyeva bir il əvvəl gənc oğlunu itiribmiş.

Turkustan.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.

M\əlumata görə, İlahə Şahverdiyevanın atası Rəsul Şahverdiyev 1995-ci ildə Qarabağ uğrunda döyüşlərdə şəhid olub. Bakı şəhərindəki Şəhidlər Xiyabanında dəfn edilib.

Həlak olan gizir Milli Qəhrəman İsrafil Şahverdiyevin qardaşı qızıdır. /yenisabah.az/


MANŞET XƏBƏRLƏRİ