Pensiyaya çıxmağa hazırlaşanlara VACİB XƏBƏR: Bu halda əlavə işləyə bilərsiniz


Təqaüd yaşına çatmış vətəndaşları maraqlandıran suallardan biri də işdən azad edilib-edilməyəcəkləridir. Çünki adətən şəxs pensiya yaşına çatırsa, işlədiyi müəssisə onu dərhal işdən azad edir. Bəs görəsən, işəgötürən əmək pensiyası yaşına çatmış şəxsi işdən çıxara bilərmi?

Mövzu ilə bağlı hüquqşünas Elşad İsayev KONKRET.az-a açıqlamasında bildirib ki, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əsas tələblər Əmək Məcəlləsinin 68-ci maddəsi ilə tənzimlənir. Eyni zamanda, həmin maddə üzrə əmək müqaviləsinə xitam verilməsinin xüsusi tələbləri isə sonrakı maddələrlə tənzimlənir və açıqlanır.

Vəkillik mənim taleyimdir

“Pensiyaya çıxandan sonra təqaüdçünü işdə saxlamaq hüququ işə götürən şəxsdədir. O, təqaüdçünün işini il ərzində bir il olmaqla artıra bilər. Əgər artırmasa, bu halda işçinin əmək fəaliyyətinə xitam verilir. Bu zaman şəxs artıq rəsmi fəaliyyət göstərə bilməz. Vətəndaş bundan sonra yalnız fərdi əməklə məşğul olmaq hüququna malikdir. Qeyd edək ki, yaş həddi ilə əlaqədar əmək münasibətlərinə son verilməsi və ya əmək müqaviləsinin ləğvi yalnız, dövlət büdcəsindən maliyyələşən müəssisələrə şamil olunur”.


MANŞET XƏBƏRLƏRİ