Türkiyənin sabiq xarici işlər naziri, hazırda millət vəkili olan Mövlud Çavuşoğlu Baku TV-nin müsahibə xahişini xüsusi sevgi və sayğı ilə ertələyib.
Turkustan.az xəbər verir ki, IV Antalya Diplomatik Forumunda iştirak edən deputat əvvəlcə müsahibə istəyinə "indi olmaz" desə də, dərhal Azərbaycana münasibətini sərgiləyib.
“Azərbaycan deyəndə axar sular sadəcə dayanmaz, tərsinə axar. Amma müsahibəni sonra edərik”, – Çavuşoğlu bildirib.
Qeyd edək ki, Türkiyədə “Haqqı deyəndə axar sular dayanar” kimi bir ifadədən geniş istifadə olunur. /axar.az/