Xanlar Vəliyev andiçmədə bunları SÖYLƏDİ


Konstitusiya Məhkəməsinə hakim təyin olunmağımla bağlı Milli Məclisə müraciət etdiyinə görə möhtərəm Prezidentə dərin minnətdarlığımı bildirirəm.

Turkustan.az xəbər verir ki, bunu sabiq hərbi prokuror Xanlar Vəliyev Milli Məclisin bu gün keçirilən plenar iclasında Konstitusiya Məhkəməsinə hakim təyin edilməsi ilə bağlı andiçməsi zamanı bildirib.

“Eyni zamanda, sədr və millət vəkillərinə mənim bu vəzifəyə seçilməyimlə bağlı səs verdiyinə görə təşəkkürümü bildirirəm.

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin hakimi səlahiyyətlərini şərəf və vicdanla yerinə yetirəcəyimə, Azərbaycan Respublikası Konstitusiyasının aliliyini qoruyacağıma, məsələlərin müstəqil, qərəzsiz və ədalətlə həll edəcəyimə and içirəm”, - deyə X.Vəliyev bildirib./modern.az


MANŞET XƏBƏRLƏRİ