Bakı-Tiflis qatarı nə zaman işə düşür?


Tiflislə Bakı arasında sərnişin qatarlarının hərəkətinin bərpası istiqamətində intensiv danışıqlar aparılır.

Turkustan.az-ın Report-a istinadən məlumatına görə, bu barədə Gürcüstan Dəmir Yolları BMG media platformasına açıqlama verib.

Bildirilib ki, hazırda həm Gürcüstan, həm də Azərbaycan tərəfi sərnişin daşımalarının bərpası ilə bağlı aktiv şəkildə çalışır:

“Bu istiqamətdə dəmir yolu idarələri və digər aidiyyəti dövlət qurumları arasında danışıqlar və texniki detallarla bağlı razılaşma prosesi davam edir. Dəqiq tarix daha sonra açıqlanacaq”.

Qeyd edək ki, Tiflis–Bakı sərnişin qatarlarının fəaliyyəti pandemiya dövründə dayandırılıb.


MANŞET XƏBƏRLƏRİ