İsrail "qırmızı xətt"i göstərdi - Bakı görüşünün DETALLARI


Azərbaycanda İsrail və Türkiyə nümayəndələri arasında görüş keçirilib, görüşdə Suriyadakı vəziyyət müzakirə olunub.

Turkustan.az xəbər verir ki, danışıqlara yaxın mənbələrin məlumatına görə, İsrail tərəfi Türkiyənin Palmira bölgəsində hərbi mövcudluğunun mümkün genişləndirilməsi ilə bağlı narahatlığını bildirib.

İsrail açıq şəkildə bildirib ki, bölgədə türk bazalarının yaradılmasını “qırmızı xətti” keçmək və qarşılıqlı etimadın pozulması kimi qiymətləndirir.

Bundan əlavə, Qüds belə addımların qarşısının alınmasına görə məsuliyyətin Suriya hökumətinin üzərinə düşdüyünü vurğulayıb. İsrailin onun təhlükəsizliyinə təhdid yarada biləcəyinə inandığı hər hansı bir hərəkət avtomatik olaraq Culani qrupu ilə əlaqəli hökumətin sabitliyinə çağırış kimi qəbul ediləcək.

Bu arada Türkiyə Müdafiə Nazirliyi Azərbaycanda keçirilən görüşün texniki xarakter daşıdığını və Suriyada arzuolunmaz insidentlərin qarşısını almaq üçün deeskalasiya mexanizminin yaradılması istiqamətində ilk addım olduğunu bildirib./lent.az


MANŞET XƏBƏRLƏRİ