Azərbaycana məxsus sürət qatarı Tiflisdə GÖRÜNDÜ - SƏRHƏDLƏR AÇILIR?


May ayından etibarən Bakı-Tbilisi-Bakı qatarının fəaliyyətə başlayacağı ilə bağlı məlumat yayılıb.

Turkustan.az xəbər verir ki, bu məlumatın yayılmasına səbəb "Azərbaycan Dəmir Yolları"na aid sürət qatarının Tiflisidə görünməsi olub.

İddia olunub ki, mayın 1-dən Bakı-Tbilisi-Bakı sərnişin qatarları işə düşəcəyi üçün ADY-ə məxsus qatar yoxlama məqsədi ilə Tiflisə göndərilib.

Məsələ ilə bağlı "Azərbaycan Dəmir Yolları" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Bəxtiyar Hacıyev Oxu.z-a açıqlamasında yayılan məlumatın həqiqətə uyğun olmadığını bildirib.

"Yayılan məlumatın heç bir əsası yoxdur. Çünki həmin qatar sərnişin qatarı deyil. Hərəkətin təhlükəsizliyi üçün mütəmadi olaraq dəmiryol xətlərinin diaqnostikasını aparan qatardır", - deyə B.Hacıyev bildirib. /Yenisabah.az/


MANŞET XƏBƏRLƏRİ