“Ermənistan beynəlxalq ekspertlərin iştirakı ilə Azərbaycana təhvil verilmiş mina xəritələrinin düzgünlüyünü yoxlamağa hazırdır”.
Turkustan.az xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Bədəlyan deyib.
XİN rəsmisi Ermənistanda minalarla bağlı daha yaxşı və dəqiq xəritələrin olmadığını bildirib.
Qeyd edək ki, rəsmi Bakı bundan öncə dəfələrlə Azərbaycana verilən mina xəritələrinin tam düzgün olmadığını, İrəvanın yeni və daha dəqiq xəritələr təqdim etməsini tələb edib./Globalinfo.az