“Ölkənin hərbi prokuroru kimi səlahiyyət müddətim başa çatmışdı. Ona görə də mənim təqaüdə yola salınmağım gözlənilməz olmadı”.
Bunu Gununsesi.info-ya eksklüziv açıqlamasında dünən təqaüdə göndərilən Hərbi Prokuror Xanlar Vəliyev deyib.
Bəzi media orqanlarında Konstitusiya Məhkəməsinə hakim göndəriləcəyinə dair yazılanlara gəlincə, Xanlar Vəliyev saytımıza bunları deyib:
“Mən əsgərəm. Ölkə başçısı nə məsləhət görəcəksə, hazıram”.