Xocavənddə "sürpriz" partlayıcı qurğu aşkarlandı - FOTOLAR


Xocavənd rayonunun Bulutan kəndi ərazisində aparılan əməliyyatlar zamanı tərk edilmiş yaşayış evlərindən birində "sürpriz" partlayıcı qurğu aşkarlanıb.

Bu barədə Azərbaycanın Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib.

Qeyd edilib ki, Daxili İşlər Nazirliyi vasitəsilə daxil olan müraciətə əsasən agentliyin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı qeyd olunmuş ərazidə bir ədəd "PQ-7L" raketinin üzərinə 105 ədəd atıcı silah patronlarının yapışqan lentlə bağlanması və partlayışın həyata keçirilməsi üçün əl qumbarası partladıcısından istifadə etməklə tələ məftili vasitəsilə quraşdırılmış partlayıcı qurğu aşkarlanıb.

Həmçinin fikri yayındırmaq məqsədilə partlayıcı qurğunun ətrafına çoxlu sayda fotoşəkillər səpələyiblər ki, onlardan birinə toxunduqda tələ məftili işə düşsün.

Aşkar edilən partlayıcı qurğu agentlik əməkdaşları tərəfindən təhlükəsiz şəkildə ərazidən kənarlaşdırılıb.

Məhz mülki təyinatlı ərazilərdə yerləşdirilən, sürpriz formaya salınmış bu kimi qurğular yüksək və ölümcül partlayış törətmək məqsədilə quraşdırılıb.

ANAMA bir daha vətəndaşları təhlükəsizliyinə əmin olmadıqları ərazilərə daxil olmamağa, tanımadıqları əşyalara toxunmamağa, şübhəli əşyaya rast gəldikdə dərhal "805", "102" və ya "112" qaynar xətlərinə məlumat verməyə çağırır.


MANŞET XƏBƏRLƏRİ