Atasız qızlarla bağlı paylaşımına görə izləyicilərin qəzəbinə tuş gələn aparıcıdan TƏHDİD + VİDEO


"Kanal S"in aparıcısı Nigar Fərhad onu təhqir edən şəxslərlə bağlı hüquqi addımlar atacağını bildirib.

Turkustan.az xəbər verir ki, aparıcı bu barədə sosial media hesabında paylaşım edib. O, vəkillərinin sübutları topladığını və böyük bir şikayət ərizəsi hazırladıqlarını qeyd edib.

"Vəkillər dəlilləri toplayırlar ki, böyük bir şikayət qaldırsınlar. Təhqirə keçən hər kəslə bağlı tədbir görəcəyəm. Dünən yaşıl işıq verdim ki, kim hara qədər gedəcək. Mən bilirdim ki, hər şey yaxşı olacaq. Mən heç bir qayda, qanun pozmamışdım. Azad fikrimi demişdim, onu da təhrif ediblər. Ağdan ağ, sudan duru idim. Ona görə gözləyirdim ki, siz içinizi qusa biləsiniz. Hər kəsi tanımaq möhtəşəm hiss idi", - deyə o bildirib.


MANŞET XƏBƏRLƏRİ