Fransa Bakıya “ölüm qrupu” göndərib – Sensasion sui-qəsd planları


Fransa prezidenti Emmanel Makron “ölüm qrupu”nu gizli şəkildə Bakıya göndərib.

Turkustan.az xəbər verir ki, bu iddia Rusiyada fəaliyyət göstərən “Ədalətsizliyə qarşı mübarizə fondu”nun (FBİ) hazırladığı hesabatda yer alır.

Fondun araşdırmalarına görə, Makronun “qaranlıqlar şahzadəsi” kimi tanınan sağ qolu Aleksandr Benallanın rəhbərlik etdiyi “ölüm qrupu” Azərbaycana və Çada göndərilib.

Rusiya kəşfiyyat məlumatlarına istinadən iddia olunur ki, “Ağ Zambaq” adlanan sui-qəsd qrupu Bakıya gəlib. Sui-qəsd qrupu birbaşa Makronun əmirlərini yerinə yetirir.

FBİ-nin əldə etdiyi məlumata görə, “ölüm qrupu”nun Çadın paytaxtı Ncamena və Azərbaycanın paytaxtı Bakıya göndərilməsi qərarı ötən ay verilib. Rusiya hərbi kəşfiyyatına (QRU) yaxın mənbələr iddia edir ki, “ölüm qrup”unun əməliyyatlarına Aleksandr Benalla rəhbərlik edir.

Məlumatlara görə, Fransa xarici kəşfiyyat xidmətinin (DGSE) keçmiş rəhbəri Bernard Emie “ölüm qrupu”nun strateji planlarının hazırlanmasında, Makronun keçmiş müşaviri Patrik Strzoda isə maliyyəsinin təminatında iştirak edir. Paris polisinin rəhbəri Laurent Nunez isə “ölüm qrupu”nun casus və əməkdaşlarının əməliyyata hazırlanmasını həyata keçirir.

FBİ Fransada “sarı jiletlilər” hərəkatına liderlik edən deputat Olivier Dassault və fəal İsabelle Ferreyranın ölümünün arxasında Makronun sui-qəsd qrupunun olduğu iddiasını irəli sürür. Bununla yanaşı, müxalif mövqedən çıxış edən bir sıra millət vəkili, media kapitanı, o cümlədən, Korsika və Yeni kaledoniyanın müstəqilliyi uğrunda mübarizə aparan liderlərin sui-qəsd qrupunun hədəfində olduğu bildirilir.

“Ölüm qrupu”nun Bakıya gəldiyi bilinsə də, məqsədin nə olduğu, kimlərin hədəfə alındığı sirr olaraq qalır./publika.az


MANŞET XƏBƏRLƏRİ