Almaniya ilə Azərbaycanı üz-üzə qoyan şəxs erməni əsillidir? – ŞOK detal


Xəbər verdiyimiz kimi, Almaniya Federativ Respublikasının Prezidenti Frank Valter-Ştaynmayerin Azərbaycan Respublikasının ərazi bütövlüyünə qarşı xoşagəlməz paylaşım etməsi narazılığa səbəb olub. Prezident vəzifəsini daşıyan birinin belə addım atması, paylaşım etməsi heyrətləndiricidir.

Almaniyanın ölkəmizdəki səfiri bu paylaşımın texniki səhv olduğunu və artıq silindiyini, habelə bununla bağlı şifahi üzrxahlıq edildiyini bildirsə də, Azərbaycan Almaniya tərəfindən ictimai şəkildə üzrxahlıq edilməsini tələb edib. Bu gün səhər saatlarında isə Almaniya Prezidenti Administrasiyası bu ölkənin Prezidentinin sosial media profilində yerləşdirilmiş postla bağlı Azərbaycan tərəfinə üzrxahlıq edib.

Almaniya prezidenti vasitəsi ilə Azərbaycana qarşı o təxribatı kim edib? Maraqlıdır, ölkə başçılarının sosial şəbəkə paylaşımlarını kimlər edir? Almaniya kimi ölkənin prezidentinin bu qədər məlumatsız olması nədən irəli gəlir?

Globalinfo.az-a danışan politoloq Vəli Əlibəyov deyib ki, bəzən prezidentlər özləri də sosial şəbəkələrində paylaşımlar edirlər. Onun sözlərinə görə, ölkə başçılarının paylaşımlar etməsi qanunla qadağan edilmir:

“Adətən prezidentlərin, yüksək vəzifəli dövlət məmurlarının paylaşımlarını onların komandalarına daxil olan şəxslər edirlər. Ümumi paylaşımına gəldikdə isə, bu, mətbuat xidməti və ya kommunikasiya komandası tərəfindən həyata keçirilir. Fikrimcə, baş verən hadisə də məhz həmin şəxslərə görə olub. Günah sosial şəbəkəyə nəzarət edənlərdədir. Bu işlərə birbaşa Almaniya Prezidenti Adminstrasiyasının rəhbəri Dörte Dinger cavabdehdir. Düzdür, onun bu vaxta qədər ermənilərlə hansısa yaxınlığı barədə məlumat yoxdur. Heç administrasiya rəhbərinin də sosial şəbəkələrdə paylaşım etməsini düşünmürəm”.

veli elibeyov

Vəli Əlibəyov

Politoloqun fikrincə, Azərbaycana qarşı təxribat törətmək istəyən şəxs erməni əsilli ola bilər:

“Yəqin bunu edən komanda üzvüdür. Hətta ola bilər etnik baxımdan ermənidir və ya ermənilərlə yaxınlığı var. Mümkündür ki, səfər ərəfəsində müəyyən tapşırıqları həyata keçirərək belə bir şey edib”.

V.Əlibəyov deyib ki, təxribata yol verən şəxsin kimliyi araşdırılmalıdır:

“İstənilən halda, Almaniya tərəfi məsələni araşdırmalı və bunu edən şəxsi tapmalıdır. Bilinsin ki, paylaşımı kim və hansı məqsədlə edib”.


MANŞET XƏBƏRLƏRİ