Azərbaycanlı həmkarım sülh müqaviləsi layihəsi ilə bağlı fikir mübadiləsi aparmaq üçün görüş təklifimi açıq şəkildə rədd edərək, məni “populist” adlandırdı.
Turkustan.az xəbər verir ki, bunu Ermənistan Milli Assambleyasının Xarici Əlaqələr Daimi Komitəsinin sədri Sarqis Xandanyan deyib.
"Əgər sülh müdafiəsi populizmdirsə, o zaman mən qürurla bu etiketi lazım olduğu qədər qəbul edirəm. Mənim təklifim masada qalır. Mən regionumuzda sülh və sabitlik naminə yorulmadan çalışaraq parlamentlərarası səviyyədə etimad quruculuğu tədbirlərinə qoşulmağa hazıram", - o qeyd edib.
Bundan əvvəl Xandanyan Azərbaycan parlamentinin beynəlxalq məsələlər komissiyasının rəhbəri Səməd Seyidova sülh sazişi layihəsinin müzakirəsi üçün iki ölkənin sərhədində görüş təşkil etməyi təklif etmişdi./publika.az