AzTV-nin süjeti Ayrapetyanı dəli etdi – VİDEO


Azərbaycan Dövlət Televiziyasının (AzTV) sədri Rövşən Məmmədovun müəllifi olduğu “Həftə” analitik-informasiya proqramında Qərbi azərbaycanla bağlı yayımladığı süjet Ermənistanda narahatlığa səbəb olub.

Turkustan.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin sabiq deputatı, azərbaycanşünas alim, tarixçi Tatevik Ayrapetyan danışıb.

“Azərbaycanın Zəngəzur dəhlizi vasitəsilə həmin ərazilərə qayıdacağı vurğulanır. Görünür, Qərbi Azərbaycana qayıdışla bağlı hazırlığa başlanıb. Bu, təəccüblü haldır”, – Ayrapetyan narahatlığını ifadə edib.

Qeyd edək ki, ötən gün “Həftə” analitik-informasiya proqramında Qərbi Azərbaycanla bağlı süjet təqdim edilib. Proqramın müəllifi Rövşən Məmmədovun səsləndirdiyi fikirlər diqqətçəkəndir:

“Bəli, gözlər yoldadır… Qərbi azərbaycanlılar da doğma dədə-baba torpaqlarına qayıtmaq arzusu ilə yaşayır, insani hüquqlarının təmin olunmasını istəyirlər. Qarabağdan 30 il ayrı düşən, lakin bu gün doğma Qarabağa qovuşan soydaşlarımız kimi…

Təbii ki, Qərbi azərbaycanlılar üçün də o gün gələcək, mütləq gələcək, İnşallah! Hələlik isə, Qərbi azərbaycanlıları ekranlara bir qədər də yaxın əyləşməyə dəvət edirik. AzTV komandası olaraq bu illər ərzində çətinliklə də olsa, Qərbi Azərbaycanımızdan, tarixi məkanlardan, məscid və qalalarımızdan kadrlar əldə edirik. Onların bəzilərini sizə təqdim etmişik. Missiyamız davam edir. Bu gün daha 2 məkandan kadrları sizə göstərəcəyik, əziz tamaşaçılar. Əkərək məscidi və Talın qalası”.


MANŞET XƏBƏRLƏRİ