ABŞ Hökumətinin Effektivliyi Departamentinin (DOGE) rəhbəri, “SpaceX” şirkətinin qurucusu İlon Mask “Starlink” peyk internet xidmətinin Azərbaycanda fəaliyyətə başlaması ilə bağlı paylaşım edib.
Turkustan.az xəbər verir ki, Mask “Starlink”in qlobal peyk rabitə sisteminin xidmətlərinin Azərbaycanda aktivləşdiyini təsdiqləyib.
“Starlink indi Azərbaycandadır”, – İlon Mask bildirib.
***
Azərbaycanda “Starlink” qlobal peyk rabitə sisteminin xidmətləri rəsmən istifadəyə verilib.
Turkustan.az xəbər verir ki, bu barədə peyk şəbəkəsinin X hesabında paylaşım edilib.
Bildirilib ki, “Starlink”in yüksək sürətli və aşağı gecikməli internet xidməti artıq Azərbaycanda mövcuddur:
“Azərbaycanlı istifadəçilər "Starlink" xidmətindən yararlanmaq üçün müəyyən şərtləri yerinə yetirməlidirlər. İlk növbədə 670 manata "Starlink Standart Kit" əldə etmək lazımdır. Daha sonra 50 manat çatdırılma ödənişi və 100 manat aylıq abunəlik haqqı ödənilməlidir”.