Necə olur ki, sümüksüz farş ətdən ucuz satılır? - İşbazların hiyləsi İFŞA EDİLDİ


Azərbaycanda farşın dəyəri təmiz ətin qiymətindən daha ucuz satılır. Bəzi supermarketlərdə farş ətin özündən 25-30 faizə qədər ucuz təklif olunur. Maraqlıdır, əgər sümüksüz farş keyfiyyətlidirsə, o zaman necə olur ki, ətdən ucuz satılır?

Mövzu ilə bağlı KONKRET.az-a danışan qida mütəxəssisi Ağa Salamov bildirib ki, ümumiyyətlə, satış yerlərində emal prosesində əti sümükdən ayıranda çıxıntıları olur. Hansı ki, onları kilo ilə satmaq mümkün deyil:

Bizim nənə babalarımız trans yağ yeməyib

“O çıxıntılardan farş əldə olunur. Həmin vaxt farşın qiyməti aşağı düşür. Təbii ki, bəzi işbazlar qoyun ətinə, mal, toyuq əti də əlavə edir. Əldə olunan farşı qoyun ətinin farşı kimi müştərilərə satırlar. Bunu ancaq labaratoiya şəraitində analiz etmək mümkündür. Farşın ucuzluğu ətin çıxıntılarından, qarın boşluğundan və bəzi yararsız hissələrdən ibarət olması ilə bağlıdır Sadaladığım hissələr ancaq farş halına salına bilər. Yəni bəzi işbazların qatqılarını çıxmaq şərti ilə farş ətin satılması normaldır.“

Ekpert qeyd edib ki, quzunun çıxıntı hissələri olur. Yeməyə yararlıdır. Həmin hissələri tullamaq israfçılıqdır. Əsas odur ki, arada işbazlıq olmasın


MANŞET XƏBƏRLƏRİ