Türkiyə bu ölkədə hərbi baza yaradır: 8-10 min hərbçi olacaq!


Suriyanın yeni hökuməti Palmiradakı hərbi bazanı Türkiyəyə verib. Bazanın ABŞ-ın Almaniyadakı Ramstayn bazası qədər böyük olacağı deyilir. Ankara BMT başda olmaqla, bütün böyük dövlətləri xəbərdar edib və ona qarşı istənilən təcavüz aktının güclə qarşılanacağını bəyan edib.

“Hadisələrin bu inkişafı İsraili ən çox narahat edib. Müxtəlif İsrail nəşrləri Türkiyənin Suriyadakı mövcudluğunun İsrail üçün təhlükə yaratdığını, Ankaranın hər an öz qüvvələrini şimaldan Palmiraya köçürə biləcəyini yazır. Bu prosesi dayandırmaq üçün İsrail və ABŞ arasında danışıqların aparılmasının zəruriliyi, həmçinin Rusiyadan Türkiyəyə qarşı əks həmlə kimi istifadə oluna biləcəyi vurğulanır. Bu kontekstdə Rusiyanın Suriyadakı hərbi bazalarının qorunub saxlanmasına dəstək verilməsi təklif edilir”, – məlumatda qeyd olunub.

Globalinfo.az-a danışan politoloq Qabil Hüseynli deyib ki, bunun gec-tez olacağı bəlli idi:

“Türkiyənin Suriyada onsuz da 8-10 minlik bir hərbi kontingenti vardı. Bu həm Bəşər Əsəd dövründə Suriyanın şimalında keçirilən antiterror əməliyyatları, həm də hakimiyyət dəyişikliyi fonunda regiona gələn yeni qüvvələrin ümumi sayıdır.

1671105283 qabil huseynli
Qabil Hüseynli

Türkiyə Suriyada əldə etdiyi uğurları itirmək istəmir. Təbii ki, bu həm də Suriyanın Türkiyə meyilli yeni hakimiyyətini qorumaq cəhdidir. Hər şeydən öncə isə Türkiyə İsraillə Suriya uğrunda ciddi mübarizə içərisindədir.

İsrail onsuz da Suriyada etnik azlıqları mərkəzi hakimiyyətə qarşı qızışdırır. Türkiyədə bunun fərqindədir. Həm Təl-Əvivin bu cəhdləri, həm də Rusiya İran, Qərb kimi oyunçuların Suriyaya yenidən nüfuz etməsinin qarşısını almaq üçün belə tədbirlər görür”.


MANŞET XƏBƏRLƏRİ