İrəvan sülh sazişi üçün tarix istəyir – Bakının əsas şərti yenə görməzdən gəlinib


Ermənistan sülh sazişinin imzalanması üçün tarix və vaxtın razılaşdırılmasını təklif edir.
Turkustan.az xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bəyanat verib.
O, İrəvanın Cənubi Qafqazda sülh gündəminə sadiq qaldığını iddia edib və Qazaxıstan XİN-in Azərbaycan-Ermənistan danışıqlarının başa çatmasına dair bəyanatını yüksək qiymətləndirib.

Lakin Mirzoyan Bakının əsas tələbini – Ermənistan konstitusiyasına dəyişiklik edilməsini və Azərbaycanın suverenliyi ilə ərazi bütövlüyünə iddialardan imtinanı – tamamilə gözardı edib.
Bu isə sülh prosesinin gələcəyini sual altına qoyur./Musavat.com


MANŞET XƏBƏRLƏRİ