Xəzər geri çəkilir, çəkilməsi daha da aktivləşib – VİDEO


Son aylar Xəzər dənizinin suyunun Astara rayonu sahillərində geri çəkilməsi daha da aydın görünür.

Turkustan.az Xəzər TV-yə istinadən məlumat verir ki, dəniz suyunun çəkilməsi daha çox “Bulvar” kompleksi ərazisində müşahidə olunur.

Ekoloqlar bildiriblər ki, Xəzər dənizində son yüzillikdə ən aşağı səviyyə 29 metr olmaqla 1977-ci ildə müşahidə edilib. Maksimal səviyyə 26 metr olmaqla, 1995-ci ildə müşahidə edilib. 1995-ci ildən bu günə qədər Xəzər dənizinin səviyyəsinin düşməsi davam edir.

Sakinlər isə deyir ki, suyun geri çəkilməsi dənizin 150 metrliyində kiçik adaların yaranmasına səbəb olub, eləcə də dənizdə canlı aləmə də öz təsirini göstərib.

Qeyd edək ki, dəniz suyunun geri çəkilməsi, həyətyanı sahələrdə olan quyulara da öz təsirini göstərir. Quyularda su azalır.

Ətraflı süjetdə:


MANŞET XƏBƏRLƏRİ