Süni intellekt Birinci Qarabağ Müharibəsində şəhid olmuş atanı İkinci Qarabağ müharibəsində döyüşmüş oğlu ilə “görüşdürüb”.
Turkustan.az saytının məlumatına görə, Birinci Qarabağ Müharibəsinin Gəncə şəhərindən olan şəhidi Ceyhun Mustafayev həyatda üzünü görmədiyi oğlunu uzun illər sonra süni intellekt vasitəsilə “qucaqlayıb, bağrına basıb”.
Qeyd edək ki, Birinci Qarabağ Müharibəsində döyüşmüş ata Ceyhun Mustafayev oğlunun dünyaya gəlməsinə az qalmış – 1994-cü ildə şəhid olub. Həyat yoldaşı şəhid ərinin xatirəsini əbədiləşdirmək üçün dünyaya gələn oğluna onun adını verib. Beləliklə, böyük Ceyhun şəhid olsa da, ailədə onu kiçik Ceyhun əvəz edib.
2020-ci ildə İkinci Qarabağ müharubəsi başlayanda oğul Ceyhun Musafayev atasının qisasını almaq üçün döyüşlərə qatılıb. 44 günlük Vətən müharibəsindən sağ-salamat çıxan Ceyhun “Şuşanın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub. /modern.az/