Ermənistan və İranın hiyləgər planı: Türkiyə ilə yaxınlaşıb ZƏNGƏZURU... - ŞƏRH


Martın 13-də Azərbaycan və Ermənistan arasında müzakirə olunan sülh sazişiylə bağlı danışıqlar yekunlaşdı. Bunu Azərbaycan XİN rəhbəri Ceyhun Bayramov bildirdi. Ermənistan tərəfi də Azərbaycanla sülhə yaxınlaşdığını təsdiqlədi.

Lakin hələ də Ermənistan tərəfi bu istiqamətdə addım atmayıb. Konstitusiyasında dəyişiklik edərək Azərbaycana qarşı ərazi iddialarından əl çəkməyib.

Əksinə, bu gün Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Arakçı ilə birgə mətbuat konfransında guya Azərbaycanın sülh müqaviləsinin mətni üzrə razılaşma əldə edildikdən sonra yeni şərtlər irəli sürdüyü barədə iddialar səsləndirilib.

Eləcə də Ermənistan parlamentinin spikeri Alen Simonyan da jurnalistlərə açıqlamasında bildirib ki, ola bilsin bizim saziş imzalamaq təklifimiz Azərbaycan tərəfi üçün bir qədər gözlənilməz olub.

Görünən odur ki, Ermənistan tərəfi min cür bəhanələrlə sülh sazişini yubatmağa çalışır. Hətta Azərbaycan tərəfini də günahlandırmaqdan çəkinmir. Maraqlıdır, 2 ölkə arasındakı saziş niyə dalana dirənib? Bu sülh sazişinin imzalanmasını istəməyən ölkələr hansılardır? Turkustan.az olaraq suallarımızı siyasi şərhçi Əziz Əlibəyliyə ünvanladıq.

Əziz Əlibəyli: Avropada anarxizmə yoluxmuş bir neçə ölkə var- ÖZƏL
Bəli, 13 martda hər iki tərəf sülh müqaviləsinin hazır olduğunu qeyd etdi, amma iki nüans var ki, Ermənistan tərəfini ciddi şəkildə manipulyasiya edir. Bu nüansın biri, Marqara sərhəd xəttinin müvəqqəti açılması ilə bağlı Azərbaycan ilə Türkiyə arasında Ermənistan tərəfinin bir qarşıdurma fonu yaratmaq istəyi ilə bağlıdır. Bu da Azərbaycan ilə Türkiyənin arasını vurmaq və Zəngəzur məsələsi üzərindən gözləntiləri sıfırlamaq niyyəti daşıyır. İkincisi, əlbəttə ki, konstitusiyanın dəyişikliyi, ATƏT-in Minsk qrupu, beynəlxalq təşkilatlarda Azərbaycana qarşı revanş almaq kimi iddialardan vaz keçmək kimi tələblərdir. Hesab edirəm ki, Azərbaycan-Türkiyə münasibətlərində deyək ki, hansısa bir dinamika və Türkiyədə yaşananlar və dərhal bunların fonunda İran xarici işlər nazirliyinin Ermənistana səfəri sülh istəyinin tam əksini xəbər verir. Arakçinin açıqlamalarında yer alan bir önəmli detal da var ki, bölgədə müharibə riski var. Maraqlıdır, müharibəni riskini revanşist Ermənilərdən başqa kim edə bilər? Ona görə də bu sülh müqaviləsinin yubanmasında İranın da, Ermənistanın da, eləcə də qərb ölkələrinin də təsiri var.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ