Bu gün Səudiyyə Ərəbistanın paytaxtı Ər-Riyadda ABŞ-Ukrayna və ABŞ-Rusiya görüşü baş tutdu. ABŞ-Ukrayna görüşü başa çatsa da, ABŞ-Rusiya görüşü artıq 9 saatdan çoxdur ki, davam edir.
Belə ki, Rusiya və ABŞ nümayəndə heyətləri bu gün Moskva vaxtı ilə saat 10:00-da (Bakı vaxtı ilə saat 11:00) Ər-Riyadda Ukrayna münaqişəsinin həlli ilə bağlı danışıqlara başlayıb.
Ukrayna tərəfi də bildirib ki, biz ABŞ-Rusiya görüşünün nəticəsini gözləyirik və çox güman yenə də ABŞ-la görüşməli olucağıq. Görüşün əsas mövsuzu da ABŞ-ın təklif etdiyi 1 aylıq atəşkəsdir. Hansı ki, Ukrayna tərəfi buna öz razılıqlarını bildirsə də Rusiya müəyyən şərtlər irəli sürür. İrəli sürülən şərtlər də ağır olduğu üçün tərəflər bir ortaq məxrəc tapa bilmirlər. Qeyd edək ki, görüşə artıq 3 dəfə fasilə verilib və görüş mediayaya tamamilə qapalı formada keçirilir.
Maraqlıdır görəsən Rusiya tərəfi atəşkəs məsələsini elə bu cür uzatmaq niyyətindədir? Yoxsa, nəhayət razılığa gələcək? Turkustan.az olaraq suallarımızı siyasi şərhçi Samir Hümbətova ünvanladıq. Ekspert bildirdi ki, bu gedişatın sonu 3-lü görüşün olacağına işarə edir.
ABŞ-Rusiya görüşünün belə uzanması tərəflər arasında razılaşdırılmamış məqamların çox olmasından irəli gəlir. Ukrayna-ABŞ görüşünün tez başa çatmasının səbəbləri odur ki, onlar artıq razılaşıblar və ABŞ-ın burada təsiri böyükdür. Ona görə də müəyyən məsələləri haradasa razılaşdıra bilirlər. Amma Rusiya-ABŞ görüşündə təbii ki, qaranlıq qalan məsələlər çoxdur. Böyük ehtimalla, müəyyən şərtlər var ki, onları razılaşa bilmirlər. Amma mən düşünürəm ki, ilkin mərhələdə atəşkəs əldə oluna bilər. Yəni təxmini 1 aylıq atəşkəs əldə oluna bilər və ondan sonra yəqin ki, burada mərhələli bir plan hazırlanacaq. İlk mərhələdə atəşkəsin əldə edilməsi, ikinci mərhələdə qoşunların müəyyən hissələrinin qarşılıqlı geri çəkilməsi, 3-cü mərhələdə Rusiyanın sanksiyalarının aradan qaldırması və s. beləcə davam edəcək. Görünür ki, onlar da məhz bu detalları müzakirə edirlər. Məncə, hətta bu ehtimal da var ki, ABŞ-Rusiya görüşü başa çatandan sonra üçlü bir görüş də təşkil olunsun. Bir sözlə, razılaşmalı çox məsələlər var. İndi tam detalları açıqlamırlar, amma mətbuata sızan məlumatlardan əldə etdiyimiz analtik təhlillər onu göstərir ki, bu qeyd etdiyimiz məsələlər üzrə tərəflər danışıq aparır və ortaq nəticə əldə etməyə çalışırlar.
Aytən Yaşar/ Turkustan.az