Küləkli hava şəraiti ilə bağlı SARI XƏBƏRDARLIQ


Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, martın 24-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.

Bakıda və Abşeron yarımadasında, Mingəçevir, Qəbələ, Oğuz, Şəki, İsmayıllı, Qusar, Xaçmaz, Altıağac, Siyəzən, Şabran, Qobustan, Hacıqabul, Kəlbəcər, Laçın, Zəngilan və Daşkəsəndə şimal-qərb küləyi əsəcək, sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.


MANŞET XƏBƏRLƏRİ