Quru sərhədlə bağlı vacib xəbər: Bu tarixdən açıla bilər


Bir müddətdir, Azərbaycanın Gürcüstanla quru sərhədlərinin açılacağı barədə xəbərlər yayılır. Qeyd olunur ki, dəmir yolu ilə sərnişindaşıma mayın 1-dən bərpa ediləcək. Hətta Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Levan Davitaşvili də müzakirələrin aparıldığını bildirib. Lakin Azərbaycan tərəfi bununla bağlı hər hansı rəsmi mövqe ortaya qoymayıb.

Quru sərhədlər nə zaman açılır?

Globalinfo.az-a danışan deputat Aqil Abbas deyib ki, qərar birtərəfli qaydada və ya özbaşına verilə bilməz:

Aqil Abbas

Aqil Abbas

“Gürcü nazir belə bir məsələyə toxunubsa, deməli, nəsə var. O da yalançı çıxmaq istəməz. May ayının 1-i dəmir yolu ilə sərnişin daşımaları bərpa oluna bilər. Quru sərhədlərin açılması yaxşı olardı. Camaat doğmalarından ayrı düşüb. Təyyarə ilə də gediş-gəliş bahadır, bəzən heç mümkün olmur”.


MANŞET XƏBƏRLƏRİ