FHN Qırğızıstana 10 yanğınsöndürmə avtomobili bağışladı


Fövqəladə Hallar Nazirliyi (FHN) Qırğızıstana maddi-texniki yardım göndərib.

Turkustan.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Azərbaycan FHN tərəfindən Qırğız Respublikasına təmənnasız olaraq maddi-texniki yardım göndərilib.

akı Beynəlxalq Dəniz Ticarət Limanından bərə ilə yola salınan humanitar yardım 10 ədəd “KamAZ” markalı xüsusi təyinatlı yanğınsöndürmə avtomobillərindən ibarətdir.

Qırğız Respublikası Fövqəladə Hallar Nazirliyinin maddi-texniki bazasının möhkəmləndirilməsinə dəstək məqsədilə yola salınan texnikalar yanğınlarla effektli mübarizə üçün bütün lazımi texniki parametrlərə malikdir. Belə ki, böyük su tutumu və 6 nəfərdən ibarət şəxsi heyətin daşınması imkanına malik yanğınsöndürmə avtomobilləri xüsusilə mürəkkəb və çətin relyefli ərazilərdə yolsuzluq şəraitində yanğınlarla mübarizədə faydalı olmaqla yanaşı, həm də etibarlılığı, istifadə və texniki xidmət baxımından rahatlığı ilə fərqlənir.

FHN Qırğızıstana təmənnasız 10 xüsusi təyinatlı yanğınsöndürmə avtomobili göndərib - FOTO FHN Qırğızıstana təmənnasız 10 xüsusi təyinatlı yanğınsöndürmə avtomobili göndərib - FOTO FHN Qırğızıstana təmənnasız 10 xüsusi təyinatlı yanğınsöndürmə avtomobili göndərib - FOTO FHN Qırğızıstana təmənnasız 10 xüsusi təyinatlı yanğınsöndürmə avtomobili göndərib - FOTO FHN Qırğızıstana təmənnasız 10 xüsusi təyinatlı yanğınsöndürmə avtomobili göndərib - FOTO FHN Qırğızıstana təmənnasız 10 xüsusi təyinatlı yanğınsöndürmə avtomobili göndərib - FOTO FHN Qırğızıstana təmənnasız 10 xüsusi təyinatlı yanğınsöndürmə avtomobili göndərib - FOTO


MANŞET XƏBƏRLƏRİ