Türkdilli ölkələrin “Novruz möcüzələri” adlı ikinci ənənəvi Uşaq Sərgisi


Cari ilin martın 20-də ABŞ-nin Nyu-York şəhərində yerləşən Türk Evində Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı (BMT) yanında daimi nümayəndəliyinin təşkilatçılığı və Türk Dövlətləri Təşkilatının üzvü və müşahidəçi ölkələrinin BMT-dəki daimi nümayəndəlikləri ilə birgə “Novruz möcüzələri” adlı ikinci ənənəvi uşaq sərgisi keçirilmişdir.

Builki sərgi Novruz elementləri ilə yanaşı türkdilli ölkəsinin milli nağıllarını, romanlarını və hekayələrini gənc rəssamların gözü ilə nümayiş etməyə həsr olunmuşdur. Məqsəd türkdilli ölkələrinin zəngin mədəni elementlərini bir araya gətirmək və Novruz bayramı ilə bağlı ortaq adət-ənənələri qeyd etmək olub.

Tədbirin moderatoru, Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəliyinin müşaviri Leyla Novruz, sərginin təşkil olunmasının əsas məqsədi Novruz bayramının dəyərləri ilə yanaşı türkdilli ölkələrin zəngin mədəni irsini nümayiş etdirmək olduğunu qeyd etmiş və uşaqlar tərəfindən çəkilmiş rəsmlər yalnız onların yaradıcılığını deyil, həm də Türkdilli Dövlətlər Təşkilatına üzv ölkələrin birlik ruhunu və ortaq mədəni irsini əks etdirdiyini bildirmişdir.

38 gənc rəssamın 43 rəsm əsərləri ilə iştirak edən sərgidə Azərbaycanı 3 gənc rəssam 7 rəsmlə təmsil etmişdir. Onlar Azərbaycanın nağılarlından Şuşa qalasının fonunda Koroğlu və Cırtdanı, novruz tonqalının ətrafında Tıq-tıq xanımı və Novruzun birlik və bərabərlik rəmzi kimi təsvir olunduğu rəsmləri iştirak etmişdirlər. Bu rəsmlər sərgi iştirakçıları və qonaqlar tərəfindən böyük maraqla qarşılanmışdır.

Türk Dövlətləri Təşkilatının üzvü və müşahidəçi ölkələrinin BMT-dəki daimi nümayəndəlikləri və Şimali Kipr Türk Respublikasının Nyu Yorkdakı nümayəndələri uşaqlara sertifikatlar və hədiyyələr təqdim edirlər. Azərbaycanın BMT yanında daimi nümayəndəsi Tofiq Musayev, Azərbaycanı təmsil edən gənc rəssamlara sertifikat və hədiyyələri təqdim edərək onlarla xatirə fotosu çəkdirmişdir. Sərgidə 100-dən çox insan, BMT üzv dövlətlərinin səfirləri və digər diplomatlar iştirak etmişdirlər.

Türkiyənin BMT-dəki daimi nümayəndəsi Ahmet Yıldız Azərbaycanın təşəbbüsü ilə baş tutan layihəyə ev sahibliyi etməkdən qürur duyduğunu bildirib və möhtəşəm təşkil olunan sərgiyə görə Azərbaycanın BMT-dəki daimi nümayəndəliyinə təşəkkürünü bildirmişdir. Həmçinin Türkmənistan daimi nümayəndəsinin müavini çıxış edərək sərgidə böyük zəhməti olan Azərbaycan Daimi nümayəndəliyinin müşaviri Leyla Novruza yüksək səviyyədə təşkil olunan sərgiyə görə təşəkkürünü bildirmişdir.

Həmçinin sərgidə qonaq olan Somali BMT-dəki daimi nümayəndəsi Abukar Osmon sənginin çox gözəl olduğunu və gələn il Somali Daimi Nümayəndəliyinin də sərgiyə qatılmaq arzusunda olduğunu bildirmişdi.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.


MANŞET XƏBƏRLƏRİ