Türkiyə səfirliyi Azərbaycana başsağlığı verdi


Türkiyənin Bakıdakı səfirliyi Gədəbəy rayonunda Azərbaycan hərbi qulluqçularının qar uçqunu nəticəsində həlak olması ilə əlaqədar Azərbaycana başsağlığı verib.

Turkustan.az xəbər verir ki, diplomatik korpusun sosial şəbəkə hesabındakı paylaşımında qeyd edilir:

“Martın 19-da Gədəbəydə qar uçqunu altında qalan iki Azərbaycan əsgərinin vəfat etdiyini bu gün təəssüflə öyrəndik. Baş vermiş faciəli hadisə nəticəsində həlak olmuş qardaşlarımıza Allahdan rəhmət diləyir, Can Azərbaycan xalqına başsağlığı veririk”.


MANŞET XƏBƏRLƏRİ