Bakıda “Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi" Forumu keçirildi - FOTOLAR


2025-ci il martın 18-də Heydər Əliyev Mərkəzində AR QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və ATXƏM İB ilə birgə təşkilatçılığı ilə “Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi" Forumu keçirildi.

Forum torpaqlarımızın işğaldan azad olunması uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsini 1 dəqiqəlik sükutla ehtiramla yad etməklə işə başladı. Sonra Dövlət Himni səsləndirildi.

AR QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva qonaqları salamalayaraq türk dünyasının ortaq dəyərlərinin böyük sərvət olduğunu, türkmanların ləyaqətlə öz milli kimliklərini, dilini, mədəniyyətini bu günə qədər qorumağı bacardıqlarını qeyd etdi.

İraq parlamentinin Türkmanlar qrupunun sədri Ərşad Rəşad Fəth Allah Əl-Salihi eyni kökdən, eyni dildən, eyni mədəniyyətdən olan türkmanların doğma Azərbaycana olan dərin bağlılığını ifadə edərək türkmanların tarixən üzləşdikləri problemləri konfrans iştirakçılarının nəzərinə çatdırdı.

Milli Məclisin deputatları Fazil Mustafa, Azər Allahverənov, Naqif Həmzəyev çıxış edərək bundan sonra əlaqələrimizin daha da inkişaf etdirilməsi, belə görüşlərin davamlı olaraq keçirilməsi arzusunda olduqlarını bildirdilər.

ATXƏM İB-nin sədri İlham İsmayılovun moderatorluq etdiyi "Ortaq dəyərlər: tarix və mədəniyyətin izləri” panelində uzun illər türkmanların tarixini araşdırmış əməkdar elm xadimi, professor Qəzənfər Paşayev, türkmənlərin tarixi ılə bağlı bəzi məqamları konfrans iştirakçılarının nəzərinə çatdırdı.

Sonra Türkməneli Qadınlar Dərnəyinin Başkanı Fevziyə Hasasu Kərkükdəki türkmanlara məxsus qədim qalanın bərpası ilə bağlı təklif irəli sürdü. "Türkmaneli" qəzetinin baş redaktoru, yazıçı-jurnalist, tarıxçı Necat Kevseroğlu, Türkmənelı Federasiyası Dərnəklərinin sədri Mehmet Tütünçü Türk Dünyasının ortaq görkəmli siması olan Füzulinin Kərkükdə xatirəsinin əbədiləşdirilməsini, abidəsinin qoyulmasını, adına küçə verilməsini və kitabxana açılmasını təklif etdilər.

Panelin sonunda çıxış edənlərin cərgəsinə vaxtilə Azərbaycanda məzun olmuş İraq Türkmanları Həkimlər Dərnəyinin İcra Komitəsinin üzvü Əyad Xalid Ömər Qəttan və Türkman Mühəndislər Birliyinin nümayəndəsi Əmir Məhəmməd Xudhur qatılaraq 18 il əvvəl ATXƏM-in təşəbbüsü ilə Türkmən Tələbələr Birliyini yaratdıqlarını bildirdilər və o vaxtdan milli ideoloji xətt götürərək vətənə qayıdıb təşkilatlandıqlarını və bu günə qədər bu mücadiləni davam etdirdiklərini qeyd etdilər. Eyni zamanda onlar Azərbaycanın Kərkükdə Konsulluğunun və xəstəxana açılmasını məqsədəuyğun hesab etdiklərini vurğuladılar.

İlham İsmayılovun spikerlərın və çıxışçıların təkliflərinin nəzərə alınmasının Azərbaycan və İraq hökumətlərinə bir xahiş kimi konfrans iştirakçıları adından çatdırılması təklifini Forum iştirakçıları rəğbətlə qarşıladılar.

"Ortaq Dəyərlər" İB-nin sədri Aqil Camalın moderatorluq etdiyi “Gələcəyə baxış: yeni imkanlar və təşəbbüslər” adlı paneldə Suriya Türkman Dərnəkləri Federasiyasının prezidenti Tarik Sulo Cevizci, Türkman Akademiklər Təşkilatının sədri Nebil Şahin Kifrili, Türkman Həmrəylik Təşkilatının sədri Kurşat Çavuşoğlu, "Əbədi Turan" Kitab Fondunun sədri Esmira Fuad, İraq Türkmanları İnsan Haqqları Dərnəyinin Almaniya üzrə təmsilçisi Qənim Osman çıxış edərək İraq və Suriya türkmanlarının problemlərindən danışdılar və gələcəkdə Türkman QHT-ləri ilə birgə əməkdaşlıq məsələləri müzakirə olunaraq, konkret təkliflər irəli sürüldü.

Sonra qonaqlar İlaxır çərşənbəsini Bakıda keçirib, Novruz şənliklərinə qatıldılar.

Sonda türkman qonaqlar layihənin yekunu olaraq Forumun uğurla başa çatdığını və çox məmnun olduqlarını bildirərək öz vətənlərinə geri döndülər.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.


MANŞET XƏBƏRLƏRİ