Rusiyada fəaliyyət göstərən bir neçə bank dost ölkələrə pul köçürmə imkanlarını genişləndirib.
Turkustan.az-ın xəbərinə görə, indi pərakəndə müştərilər telefon nömrəsindən istifadə etməklə dərhal Azərbaycana pul göndərə bilərlər.
Köçürmə rubl hesabından həyata keçirilir, pul dərhal alıcının milli valyutada - Azərbaycan manatında açılmış hesabına köçürüləcək. Köçürmə haqqı 0,5% (minimum 30 rubl) təşkil edəcək və müştərilər bir əməliyyatda 300 min rubla qədər pul köçürə biləcəklər.
Yeni dəyişikliklər martın 20-dən qüvvəyə minəcək. /News24.az/