Sahib Məmmədli də Baş Prokurorluğa çağırıldı


Xəbər verdiyimiz kimi, son günlər ölkənin siyasi gündəmini təşkil edən bir məsələ də Azərbaycan Baş Prokurorluğunda “QHT İşi” ilə bağlı cinayət işinin başladılmasıdır.

Turkustan.az Gununsesi.info-ya istinadən xəbər verir ki, sözügedən məsələ ilə bağlı hətta çoxsaylı hökumətyönümlü QHT rəhbərləri də Baş Prokurorluğa çağırılıb.

Bildirilir ki, bu proses çərçivəsində ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyindən (USAİD) qrant alan şəxslər sorğuya çəkilir.

Bundan əvvəl proses çərçivəsində “Vətəndaş Hüquqları” İnstitutunun rəhbəri Bəşir Süleymanlı və ictimai fəal Alpay Məmməd də həbs edilib.

Məlumata görə, dindirilməyə cəlb edilən şəxslərdən biri də “Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası”nın İcraiyyə Komitəsinin sədri, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının keçmiş üzvü, o cümlədən Vəkillər Kollegiyasının üzvü Sahib Məmmədlidir.

Məsələ ilə bağlı əməkdaşımız Sahib Məmmədlinin də mövqeyini öyrənib.

Biz xarici donorlardan 2013-cü ildən sonra demək olar ki, qrant almamışıq. USAİD, ABŞ dövlət fondlarının hamısı mənə və təşkilatımıza ban tətbiq edib (qrant qadağası). Həmçinin SOROS fondu da. Marşall, NED, EED və s. fondlarla heç zaman əməkdaşlığımız olmayıb. Ona görə də onlardan xəbərimiz yoxdur. Prokurorluğa çağrılmışıq. Amma hansı statusla və nəyə görə sualına cavab verə bilməyəcəm. İstintaq sirridir”, – deyə o, bildirib.


MANŞET XƏBƏRLƏRİ