“Azərbaycana sülh müqaviləsi lazım deyil. Yeri gəlmişkən, Ermənistanın da buna ehtiyacı yoxdur. Ancaq deyirlər ki, bu sülh müqaviləsi yalnız Ermənistana lazımdır”.
Turkustan.az xəbər verir ki, bunu martın 17-də NEWS.am-ın müxbirinə müsahibəsində keçmiş baş nazir və “Birgə” hərəkatının həmtəsisçisi Qrant Baqratyan deyib.
Onun sözlərinə görə, bu sülh müqaviləsində ən vacib şey yoxdur: “Azərbaycan və Ermənistanın bir-birinin sərhədlərini qarşılıqlı şəkildə tanıması. Bu maddə olmadan, o, yalnız müharibə haqqında bir sənəd olacaq.Ancaq Paşinyan göstərmək istəyir ki, 7 illik hakimiyyəti dövründə nəyəsə nail olub”.
Baqratyan sülh müqaviləsindəki son iki maddədən də söz açıb:
“Bu isə o deməkdir ki, biz rusları Ermənistandan çıxarırıq və Azərbaycan Ermənistana hücum edəndə heç kim onların qarşısını kəsməyəcək. İkincisi, İranla heç bir hərbi-siyasi müqavilə imzalanmayacaq. İddiaların geri götürülməsi də Ermənistanın ziyanına olacaq”. /konkret.az/