Azərbaycan Türkiyədə baş verən zəlzələdən sonra öz dəstəyini göstərib, müvafiq tədbirlər həyata keçirib.
Turkustan.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev deyib.
Anar Quliyev vurğulayıb ki, bu sahədə işlər Mənzil İnşaatı Dövlət Agentliyi ilə birlikdə həyata keçirilib: “Dövlət Agentliyinin xətti ilə zəlzələdən zərər çəkən ərazilərdə bir məhəllə tamamilə yenidən qurulub”.
Onun sözlərinə görə, hazırda Ukrayna ilə bağlı müəyyən layihələr hazırlanmaqdadır: “Ukraynada bərpa işləri ilə bağlı müəyyən layihələr hazırlanmaqdadır. Gələcəkdə zərurət olduqca, təbii ki, Azərbaycan digər tərəfdaş ölkələrə, dost ölkələrə dəstəyini göstərməyə, təcrübəsini bölüşməyə hazırdır”. /globalinfo.az/