Azərbaycanla sərhəddə yerləşən Voskepar kəndinin inzibati rəhbəri İşxan Ağabalyan bir qədər əvvəl “Hraparak” nəşrinə ərazidə bəzi işlərin görüldüyünü deyib, lakin detalları açıqlamayıb.
Turkustan.az Globalinfo.az-a istinadən xəbər verir ki, hətta sakinlərin iş görüldüyü deyilən əraziyə daxil olmasının qadağan edildiyi bildirilib.
“Azadlıq” radiosunun Ermənistan bürosu Milli Təhlükəsizlik Xidmətinə sorğu ünvanlayıb.
“Tavuş vilayətinin Voskepar kəndində Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin demarkasiya olunmuş ərazisində tikanlı məftillərdən sədd çəkilməsi üzrə işlər aparılır. Bu prosesin həyata keçirilməsi və insanların təhlükəsizliyinin təmin edilməsi üçün hazırda sakinlərin bu əraziyə daxil olması məqsədəuyğun hesab edilmir”, – Xidmətin cavabında qeyd olunur.
Xatırladaq ki, yanvar ayında Azərbaycan və Ermənistan nümayəndələri arasında baş tutan görüşdə sərhədin delimitasiya və demarkasiya prosesinin Gürcüstandan İrana kimi davam etdirilməsi ilə bağlı razılıq əldə olunub.