QHT Koalisiyası"Ailə məktəbi" çərçivəsində tədbir keçirildi


11 mart 2025-ci il tarixində "Sağlam Gələcək Naminə" QHT Koalisiyası tərəfindən "Ailə məktəbi" çərçivəsində tədbir keçirildi.

İki hissədən ibarət olan tədbirin birinci hissəsində mediatrlar hüquqşünaslar, psixoloqlar və sosioloqlarla ailələrin mövcud vəziyyəti, sürətlə artmaqda olan boşanmaların əsas səbəbləri, boşanmaların uşaqlara təsiri, ailələrdə kişi və qadın münasibətləri müzakirə edildi.

Problemin həlli istiqamətində müxtəlif təkliflər səsləndirildi.

İkinci hissədə "Sağlam Gələcək Naminə" QHT Koalisiyasının üzvü "Ailələrə Sosial Dəstək" İctimai Birliyinin sədri Esmira xanım Rəhimova bu kimi maarifləndirmə və dəstək layihələrinin daha effektiv olması üçün "Ailələrin sosial müdafiə tədbirləri" mövzusunda təlim proqramı təqdim etdi.

Tedbirin yekununda koalisiyanın sədri Nərminə Qəribova "Ailə məktəbi" çərçivəsində keçirilən silsilə tədbirlərdə ekspertlər tərəfindən irəli sürülmüş təkliflərin dəyərləndiriləcəyini və təhsil müəssisələri ilə əməkdaşlığın gücləndiriləcəyini bildirdi.

Tədbirin ərsəyə gəlməsinə təşkilati dəstək göstərən Azərbaycan Milli QHT Forumuna təşəkkür edildi.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.


MANŞET XƏBƏRLƏRİ