Ermənistan Azərbaycanla müharibəyə hazırlaşır: Arxasında hansı ölkələr durur? - ŞƏRH


Ermənistan hakimiyyəti xarici auditoriyaya yönəlmiş sülhə hazır olması barədə bəyanatlara baxmayaraq, Azərbaycanla yeni müharibəyə fəal şəkildə hazırlaşır.

Bu barədə Caliber.az məlumat yayıb.

Nəşr yazır ki, rəsmi İrəvanın son hərəkətlərinin bütün məntiqi, revanşist əhval-ruhiyyə ilə dolu və güclü şəkildə militarizasiya olunan, regionun tezliklə erməni tərəfinin təhrik etdiyi növbəti müharibə ilə partlayacağını göstərir. Üstəlik, Ermənistan artıq qarşıdurmanın yeni mərhələsinə hazırlıqlarını gizlətmir - belə ki, keçən həftə hökumətin iclasında elan edilib ki, ehtiyatda olanların növbəti toplanışları Ermənistanda 1 aprel - 13 iyun tarixlərində keçiriləcək.

Diqqətçəkən məqam odur ki, bu toplanış rekord müddətdə – tam 10 həftə davam edəcək ki, bu da standart hazırlıq müddətini xeyli üstələyir.

2 ölkə arasında sülh sazişinin bağlanacağı gözlənilən bir vaxtda Ermənistanın əks həmlə göstərərək, müharibəyə başlamaq istəyi olduqca düşündürücüdür. Hər halda, Ermənistan bu addımı atıbsa, yeni aldığı silahlarını nümayiş etdirmək istəyirsə, demək ki, arxasındakı qüvvələrə güvənir. Çünki, Azərbaycanla baş-başa gəlmək tək Ermənistanın bacara biləcəyi bir iş deyil. Biz bunu 44 günlük müharibədə nəinki Ermənistana, bütün dünyaya nümayiş etdirdik!

Ermənistan-Azərbaycan arasında yeni müharibənin başlanma ehtimalı varmı? Ermənistanın arxasında hansı qüvvələr dayanır? Turkustan.az olaraq suallarımızı siyasi şərhçi Samir Hümbətova ünvanladıq. Ekpert bildirdi ki, Ermənistan təlimə başlayıbsa, deməli vəziyyət yaxşı deyil.

Samir Humbatov on X: "Samir Hümbətov:

Bu yeni müharibə riskini yaradır. Təlimlərə başlamanın 2 əsas səbəbi var. Birincisi, Ermənistana beynəlxaq dəstəyin verilməsi, ikincisi yeni alınmış silahların yoxlanılması. Təlim yarım müharibə anlayışını ifadə edir, yəni müharibənin kiçik formasıdır. Əgər təlimlərə başlayıblarsa, deməli müharibəyə başlamaq istəyirlər. Tərəflər arasında sülh müqaviləsi imzalanmayıbsa, demək ki, müharibənin başlamasına hər an ehtimal var. Görünən odur ki, Ermənistandan da artıq çatlaq səsləri gəlir.

Təbii ki, Ermənistan arxasında duran güclü qüvvələrə arxayındır. Bunlara əsasən Fransa, Hindistan, Amerika, İran daxildir. Hindistan Ermənistanı güclü silahlarla təmin edir. İran da istəməz ki, Zəngəzur məsələsi tezliklə həll olunsun, Fransa isə ən başından öz mövqeyini ortaya qoyub.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ